Tədbir Rusiyanın Ticarət-Sənaye Palatası, Elmlər Akademiyası, Təbii Resurslar və Xarici İşlər nazirliklərinin dəstəyi ilə təşkil olunacaq. Forum çərçivəsində Xəzər Enerji Forumunun keçirilməsi də nəzərdə tutulur.
“Kaspiyskiy dialoq-2011”də keçiriləcək diskussiyalarda təbii ehtiyatların istismarı, infrastruktur, sənaye, dağ-mədən, neft-qaz çıxarma və emal müəssisələrinin tikintisi və modernləşdirilməsi, innovasiya layihələrinin həyata keçirilməsi, balıqçılığın inkişafı və Xəzər regionunun ekologiyasının qorunmasında əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.