Misir Prezidenti Məhəmməd Mursinin son günlərdə cərəyan edən gərgin vəziyyətə dair çıxışı ölkə telekanalları vasitəsilə canlı yayımlanıb.
Trend-in xarici KIV-ə istinadən verdiyi xəbərə görə, Misir lideri bir neçə gündür fasiləsiz davam edən özbaşınalığın baş qaldırdığı Port-Səid, Sueş və İsmailiyə şəhərlərində 30 günlük fövqəladə vəziyyət elan edib.
Mursi çıxışında bəyan edib ki, o bu addımı vatandaşların həyatını qorumaq, təhlükəsizliyini təmin etmək, həmçinin qanunu pozanların qarşısını almaq üçün atıb.
Qeyd edək ki, sözügedən şəhərlərdə komendant saatı axşam 9:00-dan səhər 6:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, artıq 3 gündür Misir şəhərlərində etirazçı kütlə ilə təhlükəsizlik əməkdaşları arasında ixtişaşlar səngimir. Aksiyaçılar “Konstitusiyanın ləğvi” və “rejimin devrilməsi” kimi şuarlarla çıxış edir. Bazar günü yaxınlarını dəfn edən nümayişçilər yenidən küçələrə axışıb.
Bütövlükdə 3 gün davam edən xaos zamanı ölənlərin sayı 50-yə çatıb.
Trend.az