Misir Mərdanov: 10 mindən cox azərbaycanlı dünyanın müxtəlif ali məktəblərində təhsil alır

Hazırda 10 mindən cox azərbaycanlı dünyanın müxtəlif ali məktəblərində, 100-ə yaxın soydaşımız isə İsveçrənin nüfuzlu universitetlərində təhsil alır. Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycanın təhsil naziri Misiri Mərdanov dekabrın 4-dən 11-dək İsveçrə Konfederasiyasına səfəri zamanı müxtəlif təhsil qurumları ilə keçirdiyi görüş zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyirlər.
Nazir bildirib ki, müvafiq dövlət proqramı çərçivəsində 2015-ci ilədək 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulur.
Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Lozanna Federal Politexnik Məktəbində keçirdiyi görüş zamanı qeyd edilib ki, İsveçrə Konfederasiyasında orta məktəb məzunları müvafiq təhsil sənədlərini təqdim etməklə istənilən ali məktəbə imtahansız qəbul oluna bilərlər. İsveçrə Konfederasiyasında orta məktəb şagirdlərinin 11-12 yaşdan etibarən peşələr üzrə maraq və istedadları nəzərə alınır, X sinifdən sonra şagirdlər peşə, yaxud tam orta təhsilə cəlb edilr. Orta təhsil pilləsi X sinfə qədər yerli icra strukturları (kanton-inzibati ərazi bölgüsü, ölkə üzrə 26 kanton var) tərəfindən maliyyələşdirilir. Ali məktəbə qəbul olmaq istəyən şagirdlər müvafiq təmayüllər üzrə 3 il təhsil alırlar.
Gimnaziya və peşə məktəblərində isə təhsil müddəti 4 il davam edir. Orta məktəb məzunlarının 20 faizi ali, 80 faizi isə peşə təhsili müəssisələrində oxumağa maraq göstərirlər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO