Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Milli Məclisin deputatı Elton Məmmədov GUAM Parlament Assambleyası Bürosunun iclasında iştirak etmək üçün noyabrın 23-24-də Ukraynanın paytaxtı Kiyev şəhərində səfərdə olacaq. Tədbirdə GUAM PA-nın prosedur qaydalarına dəyişikliklər edilməsi, qurumun komitələrinin tərkibinin müəyyənləşdirilməsi, milli parlamentlərdə təşkilatın sənədlərinin ratifikasiyası ilə bağlı müzakirələr aparılacaq.
Noyabrın 24-dən 26-dək isə Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 30-cu sessiyası və 17-ci Baltik Şurasının iclaslarında iştirak etmək üçün Estoniyanın paytaxtı Tallin şəhərində səfərdə olacaqlar. Toplantıda regionda birgə infrastruktur layihələrinin həyata keçirilməsi, davamlı enerji bazarı, səhiyyə ilə bağlı məsələlərə baxılacaq.
Tədbir çərçivəsində Baltik Assambleyası mükafatlarının təqdimetmə mərasimi keçiriləcək.
Səfər zamanı Baltik Assambleyası Rəyasət Heyəti, Benelüks Parlamenti və GUAM Parlament Assambleyasının nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.