APA-nın məlumatına görə, iclasın gündəliyinə ümumilikdə 10 məsələ daxildir. Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş sənədi təsdiqlənəcək. Daha sonra “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Saziş müzakirə olunacaq.
Həmçinin, iclasda Azərbaycan və Tacikistan hökumətləri arasında 4 müxtəlif sənədin təsdiqlənəcəyi də gözlənilir.
Bugünkü iclasın gündəliyinə Cinayət-Prosessual Məcəlləyə, “Dövlət rüsumu haqqında” və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlara dəyişiklik edilməsi də daxil edilib. İclasın sonunda “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılacaq.
Apa.az