Milli Məclisdə vətəndaşların qəbulu bərpa edilib

Milli Məclis (MM) Aparatında vətəndaşların qəbulu bərpa edilib. APA-nın məlumatına görə, avqustun 30-da deputatların məzuniyyəti bitdikdən sonra Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi 2012-ci ilin sentyabr ayı üçün vətəndaşların qəbulu günlərini açıqlayıb. İlk qəbul günü sentyabrın 7-dən başlayır. MM sədrinin birinci müavin Ziyafət Əsgərov vətəndaşları sentyabrın 24-də qəbul edəcək. Digər müavinlərdən Bahar Muradovanın qəbul günü sentyabrın 17-də, Valeh Ələsgərovun qəbul günü isə sentyabrın 28-dir.
Qeyd edək ki, vətəndaşların qəbulu iyulun 15-də dayandırılıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO