Milli Məclisdə Avropa İttifaqının maliyyələşdirdiyi “Save the Children” beynəlxalq təşkilatı ilə birgə “Milli qanunvericilikdə uşaq hüquqları: reallıqlar və perspektivlər” mövzüsundə ictimai müzakirələr təşkil edilir.
Müzakirələrin təşkil olunmasında məqsəd mövcüd qanunvericiliyin ekspertizası və onun təkmilləşdirilməsidir. Burada eyni zamanda uşaq və gənclərin hüquqlarının müdafiəsinə, sosial-iqtisadi inkşafına yönəlmiş mövcüd qanunvericilik sahəsində hüquqşunaslar, mütəxəsislər tərəfindən aparılmış analizlər müzakirə edilir. O cümlədən qanunlarda və müvafiq diplomatik hüquqi sənədlərdə olan boşluqların aradan qaldırılması ilə bağlı konkret təkliflər irəli sürmək başlıca məqsədlərdəndir. İctimai müzakirələrdə millət vəkilləri, dövlət orqanların, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri iştrak edirlər.
Müzakirələrdən əvvəl hüquqşunaslar inistitutu tərəfindən insan hüquqları haqqında qanun, gənclər siyasəti haqqında qanun, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yetkinlik yaşına çatmayan uşaqların işləri üzrə komissiyalar haqqında əsasnamə əhatəli şəkildə təhlil olunur, müvafiq işçi qruplar yaradılır. Müzakirələrdən sonra məsələlər məsələ Milli Məclisə təqdim olunacaq. Qanunvericilikdə analizlər aparılan zaman beynəlxalq təcrübələr yaxından öyrəniləcək və bu, hazırlanacaq sənəddə öz əksini tapacaq.