Milli Məclis üzvləri ABŞ-ın Azərbaycandakı səfirini ermənipərəst mövqedə ittiham ediblər

Milli Məclis üzvləri ABŞ-ın Azərbaycandakı səfirini ermənipərəst mövqedə ittiham ediblər Millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.

Millət vəkili Elman Məmmədov isə deyib ki, bu aeroport əslində Xankəndi şəhərində deyil, işğal altındakı digər ərazidə – Xocalıda yerləşir: “Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.

Deputat Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib: “O hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb. Hesab edirəm ki, Metyu Brayza öz açıqlamalarına diqqət yetirməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO