Qanun layihəsi barədə parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Layihə 6 fəsil və 28 maddədən ibarətdir. H.Rəcəbli bildirib ki, layihədə çoxlu maraqlı məsələlər, yeniliklər var. Burada fəaliyyət dairəsi konkretləşib, sosial xidmətin növləri bir birindən ayrılıb: «Düşünürük ki, bir sıra sosial xidmətlər dövlətdən alınıb QHT-lərə verilməlidir. Bu məsələlər qanunvericilikdə əksini tapıb. Müzakirə etdiyimiz qanun Azərbaycanda sosial işə, sosial xidmətə yeni baxış formalaşdıracaq. Biz istəyirik ki, bu prosesdə QHT-lər yaxından iştirak etsin».
Komitə sədri qanun layihəsinin əlillərlə bağlı təşkilatların iştirakı ilə müzakirə olunduğunu, dünya təcrübəsinin öyrənildiyini vurğulayıb.
Qanun layihəsi barədə deputatlar öz fikir və təkliflərini bildiriblər. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.