Milli Məclisin son iclasının gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının mayın 29-u keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb.

MM-dən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə 17 məsələ daxildir. Bunlar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər, “Yol hərəkəti haqqında”, “Pasportlar haqqında”, “Mühasibat uçotu haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara, Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının 2014-cü ildə dövlət büdcəsinin icrası ilə bağlı məsələ və digər məsələlərdir.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO