Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir.
Trend-in məlumatına görə, iclasın gündəliyinə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişikliklər, Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi, Hesablama Palatasının hesabatı, “Sosial sığorta haqqında” qanuna dəyişiklik və digər məsələlər daxildir.