Milli Məclis (MM) komitələrinin bölgələrdə iclas və müxtəlif qanun layihələri ilə bağlı dinləmələr keçirməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə təklif MM-nin Əmək və sosial məsələlər komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü, deputat Yaqub Mahmudov tərəfindən irəli sürülüb.
Komitə sədri Hadı Rəcəbli təklifi dəstəkləyərək bildirib ki, yerlərdə iclaslar və dinləmələr keçirilməsi vətəndaşlarla münasibətləri daha da yaxşılaşdırar: “Bu gün bütün məmurlar, nazirlər yerlərdə əhali ilə görüşürlər, niyə parlament üzvləri tərəfindən də bu cür görüşlər keçirilməsin?”