Mer: Akkodakı yeni mərkəz Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək

İsrailin Akko şəhərində Heydər Əliyev Mərkəzi tikiləcək.Trend xəbər verir ki, bu barədə jurnalistlərə şəhərin meri, mərkəzin tikintisi layihəsinin təşəbbüskarı Şimon Lankri bildirib.

Onun sözlərinə görə, mərkəz bu şəhərdə yaşayan azərbaycanlıları birləşdirəcək və onun fəaliyyəti Azərbaycan və İsrail arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəldiləcək.

Mer mərkəzin tikintisi üçün 1,5 milyon dollar həcmində vəsaitin ayrıldığını deyib.

Ş.Lankrinin sözlərinə görə, mərkəzin birinci mərtəbəsinin tikintisi bu ilin iyununda başa çatacaq. Bundan sonra mərkəz fəaliyyət göstərməyə başlayacaq və bununla yanaşı, binanın ikinci mərtəbəsinin tikintisi davam etdiriləcək.

Mer qeyd edib: “Akkonun əhalisinin 20 faizini Azərbaycandan gələnlər təşkil edir. Biz bu mərkəzi onların Azərbaycan mədəniyyəti və tarixi haqqında daha çox şey öyrənməsi üçün inşa edirik”.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO