MDB müşahidəçiləri prezidentliyə namizədlərin vəkilləri ilə görüşlərə başlayıblar

Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycanda keçiriləcək seçkiləri müşahidə missiyasının nümayəndələri prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin vəkili Müzəffər Baxışovla görüşüblər.
Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşahidəçilər bildiriblər ki, seçki prosesinin monitorinqi Azərbaycan qanunları və MDB-nin sənədləri çərçivəsində, ölkənin daxili işlərinə qarışmamaq prinsipi əsasında aparılacaq. M. Baxışov isə qonaqlara Q. Əlibəylinin seçki kampaniyasında iştirakından danışıb.
Qeyd edək ki, bu, missiya nümayəndələrinin prezidentliyə namizədlərinin vəkilləri ilə keçirdiyi ilk görüş olub. Dünən isə MDB müşahidəçiləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO