MDB Daxili İşlər Nazirləri Şurasının sədrliyi Azərbaycana keçdi

Cümə günü Bakıda öz işinə başlayan MDB üzvü olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) iclasında MDB ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın başqa təhlükəli növləri ilə mübarizə üzrə Əlaqələndirmə Bürosunun rəhbəri Nikolay Ovçinnikov MDB DİNŞ-nin sədrliyinin Azərbaycanın daxili işlər naziri Ramil Usubova keçdiyini elan edib. Trend-in məlumatına görə, öz çıxışında Usubov bildirib ki, zamanın və yaranmış təcrübənin sübut etdiyi kimi, MDB DİNŞ-nin formatında əməkdaşlıq daim möhkəmlənir, iştirakçı dövlətlərin və xalqların xeyrinə yeni konkret məzmun alır.
“Əminəm ki, bu proses eyni dərəcədə pozitiv davam edəcək. Formatda əməkdaşlıq müasir çağırışlara və təhlükələrə əks-təsirə adekvatdır, beynəlxalq terrorizmlə və mütəşəkkil millətlərarası cinayətkarlıqla mübarizədə müvəffəqiyyət birlikdə, qarşılıqlı anlaşmada və insanların dinc həyatının müdafiəsi üçün birgə fədakar səylərin tarazlığındadır”, – azərbaycanlı nazir deyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO