Prezident seçkisini izləmək üçün Mərkəzi Seçki Komissiyasında (MSK) 100 nəfərə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Lent.az-ın xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 28741-ə çatıb. Onların 16911-i siyasi partiyaları, 9134-ü isə QHT-i təmsil edir. Qalan 2696 nəfər isə öz təşəbbüsü ilə müşahidəçilik etmək istəyir.