Macarıstanda Şuşanın işğalı faktına dair marka buraxılıb.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macar Poçtu qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasının 20 illiyi münasibətilə xatirə markası buraxıb.

Səfirlikdən çərşənbə günü Trend-ə daxil olan məlumata görə, Azərbaycanın dövlət rəmzlərinin – bayraq və gerbin də özünə yer aldığı xatirə markasında Şuşanın yarıdağılmış Gövhər ağa məscidinin minarəsi və qala divarları öz əksini tapıb.

Markada Azərbaycan, macar və ingilis dillərində “Şuşa şəhərinin Ermənistan tərəfdən işğalının 20-ci ildönümü” sözləri yazılıb. Markanın içərisinə qoyulduğu bukletdə isə tarixi Azərbaycan şəhəri Şuşa haqqında hər üç dildə qısa məlumat və erməni vandalları tərəfindən tar-mar edilmiş şəhərin mənzərəsi verilib.
Xatirə markasında Azərbaycan milli ornamentlərindən və naxışlardan məharətlə istifadə olunub.

Xatirə markası macar və digər Avropa ölkələrinin parlamentarilərinə, siyasi və ictimai xadimlərə, mətbuat nümayəndələrinə göndərilib. Onun bir hissəsi isə filatelistlər arasında yayılacaq.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO