Macarıstan parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib

Macarıstan parlamenti uydurma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib
Macarıstan parlamentinin Xarici əlaqələr komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı layihəni rədd edib.

APA-nın məlumatına görə, parlamentin Xarici əlaqələr komitəsində hakimiyyətdə olan “Fidesz” Partiyası və ölkənin ikinci böyük partiyası olan “Jobbik”in deputatları parlamentdə 5 deputatla təmsil olunan Macar Yaşıllar Partiyası tərəfindən təqdim edilən layihənin əleyhinə səs veriblər.

“Jobbik” Partiyasının nümayəndəsi Marton Gyöngyösi bildirib ki, məsələni tarixçilər araşdırmalıdır: “Yüz il əvvəl baş verən, tarixçilərin fərqli baxışlara malik olduğu bir olayla bağlı deputatların fikir bildirməsinin istənilməsi məni çox narahat edir. Bu məsələ tarixçilər və hüquqşünasların öhdəsinə buraxılmalıdır. Roma Papası Fransiskin, başqa siyasətçilərin və başqa parlamentlərin nə söyləməsinin Macarıstan parlamentinə dəxli yoxdur. Səs qazanmaq üçün belə addımlar atılmamlıdır”.

Qeyd edək ki. keçən il Macarıstanda Yaşıllar Partiyası tərəfindən uydurma “erməni soyqırımı” ilə bağlı təqdim edilən layihə də rədd edilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO