Məzahir Pənahov: Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur


Məzahir Pənahov: Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur

Azərbaycan mühüm seçki kampaniyası ərəfəsindədir və bu, beynəlxalq qurumların da geniş maraq dairəsindədir. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakıda cümə günü “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.

MSK sədri bildirib ki, Azərbaycanın beynəlxalq qurumlarla, xüsusilə ATƏT-lə uğurlu əməkdaşlığı seçkilərin demokratik, şəffaf keçirilməsində mühüm rol oynayacaq.

M.Pənahov qeyd edib ki, MSK da öz növbəsində prezident seçkilərinin keçirilməsinə nəzarət edən qurum kimi üzərinə düşən bütün vəzifələrin yüksək səviyyədə yerinə yetirməyə çalışır.

MSK sədri bildirib ki, Azərbaycanda demokratik, ədalətli, azad seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur: “Ölkədə ictimai-siyasi sabitlik hökm sürür, ən əsası ölkə başçısının özünün demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. Ölkə başçısına da təşəkkür edirəm ki, seçkilərin keçirilməsi üçün bütün şəraiti təmin edib, çünki bu olmadığı təqdirdə demokratik seçkilərin keçirilməsi mümkün olmazdı”.

Sessiya iştirakçıları barədə məlumat verən M.Pənahov qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə, icra orqanları seçkilərin yüksək səviyyədə keçirilməsində müstəsna rolu və vəzifələri var: “Məhz bu səbəbdən bugünki sessiyaya yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri iştirak edir. Çünki seçkilərin keçirilməsinin yüksək səviyyədə təşkili birbaşa onların diqqət mərkəzində olmalıdır, onlar bu məsələdə məsuliyyətlidirlər”.

Məntəqələrdə seçkilərin müşahidəçilər tərəfindən izlənilməsi baxımından Azərbaycanda keçirilən seçkilər dünyada ən qabaqcıl yerlərdədir: “Seçkilər prosesini indiyə qədərki keçən seçkilərdə 10 minlərlə müşahidəçilər izləyib, bu seçkilərdə də xeyli sayda müşahidəçilərin izləməsi gözlənilir və onlar seçkiləri izləmək üçün heç kimdən icazə almağa borclu deyillər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO