Dolların məzənnəsinin 2 manata qədər yüksələcəyi barədə xəbərlər əsassızdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, tənzimləyici vəziyyətin sabitləşdirilməsi üçün ciddi tədbirlər görür: “Mərkəzi Bank banklara kifayət həcmdə valyuta verir və onun likvidliyini təmin etmək iqtidarındadır. Əhalini sakitçiliyə çağırıram. Fevral devalvasiyasından sonra yaradılmış ajiotaj devalvasiya məntiqini tamamilə pozdu. Təşvişə heç bir əsas yoxdur”.