Azərbaycan hökuməti 5000 dollara qədər olan kreditlər üzrə borcların 1 dollara görə 1,05 manat məzənnəsi ilə ödənilməsi məsələsini nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, köhnə məzənnə ilə yeni məzənnə arasındakı fərq üçün kompensaiya 250 milyon dollar təşkil edə bilər.