Lənkəran rayonunda qanunsuz meşə qırıntısı ilə bağlı əvvəlki illərlə müqayisədə azalma müşahidə edilir.
Buna səbəb regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi olmuşdur.
Əgər 2011-ci ildə rayonda 32 fakt üzrə 563 kubmetr qanunsuz ağac qırıntısı qeydə alınmışdısa, ötən il bu faktlar azalaraq 16 olmuşdur.
Ötən il Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 210 hektarda yeni meşəlik salınmışdır. Bunun 75 hektarı əkin, 135 hektarı isə səpin üsulu ilə aparılmışdır.
Bu müddətdə 5,5 hektar sahədə tinglik salınmışdır. Ərazidə əsasən dəmirağacı, göyrüş, şabalıdyarpaq palıd, sərv, şam, ağcaqayın ağacları əkilmişdir.
www.azertag.com