Əlizadə Arzuxan Baxşəli oğlu 1965 –ci il martın 18-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Müxtəlif illərdə icra hakimiyyəti orqanlarında hüquqşünas, şöbə müdiri, müstəqil hüquq firmasında hüquq məsləhətçisi vəzifələrində işləmişdir.
2001-2006-cı illərdə isə Azərbaycan Beynəlxalq Universitetinin “Dövlət hüququ” kafedrasının müəllimi kimi elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının dissertantıdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.
İnsan hüquq və azadlıqlarına dair bir neçə broşüra və məqalələrin müəllifidir. Hal-hazırda “İnsan Hüquqları üzrə İctimai Şura”nın icraçi direktorudur.