Verilən məlumata görə, aeroport üsyançıların əlinə keçib. Türkiyə vətəndaşlarını evakuasiya etmək üçün Tripoliyə uçan Türkiyə təyyarəsinin yerə enməsinə icazə verilməyib.
Benqazi şəhərində isə üsyançılar tərəfindən sıxışdırılan təhlükəsizlik qüvvələri aeroport ərazisində gizlənməyə məcbur olublar.
Xatırladaq ki, bundan əvvəl Tripolidə hökumətin və dövlət televiziyasının binaları müxalifət tərəfdarları tərəfindən ələ keçirilərək yandırılıb. Liviya paytaxtında küçə döyüşləri davam edir.