Litvanın daxili işlər naziri Bakıda Azərbaycanla hüquq-mühafizə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edir. Çərşənbə axşamı Litvanın daxili işlər naziri Raymundas Palaytisin Bakıya səfəri başlayıb.
Bu barədə bu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib. Litvalı nazirin səfər proqramına Azərbaycanın güc strukturlarının rəhbərləri ilə görüşlər daxildir. Səfər aprelin 22-dək davam edəcək.