İslam Konfransı Təşkilatı (İKT) quruma üzv olan ölkələri Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün vacib olan siyasi və iqtisadi tədbirlərdən istifadə etməyə çağırıb, bu barədə Trend News-a müsahibəsində İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu bildirib. İhsanoğlu noyabrın ortalarında “Mədəniyyələrin dialoqu: Azərbaycanın baxışı” konfrasında iştirak etmək üçün Bakıya səfər edəcək.
İslam Konfransı Təşkilatının yaranmasının 40 illiyinə həsr olunan konfrans dini və mədəni müxtəliflik, Azərbaycanın bu sahədə təcrübəsi, dinlərarası dialoqun və islam geosiyasətinin problemləri kimi məsələlərin müzakirəsini əhatə edəcək. 1992-ci ildə İKT-yə üzv olduğu dövrdən etibarən Azərbaycan millətlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsində çox iş görüb, təşkilatın Baş katibi belə hesab edir.
“Azərbaycan İKT-nin üzvü kimi Avropa və Asiya arasında əməkdaşlığın inkişafında körpü ola bilər. Qəti və prinsipial mövqe tutaraq İKT Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzkarlığını pisləyir və Dağlıq Qarabağ məsələsində əvvəlki kimi Azərbaycan ilə həmrəy olacaq”, – İhsanoğlu bildirib.
Üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan İslam Konfransı Təşkilatı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq normalar və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini əsas göstərən, beynəlxalq sərhədlərinin pozulmasının və zorakılıqla ərazilərin mənimsənilməsinin yol verilməz olduğunu təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin gözlənilməsi vacibdir, İhsanoğlu bildirib.
İslam ölkələrinin Dağlıq Qarabağ münaqişəsindəki roluna gəldikdə isə İhsanoğlunun sözlərinə əsasən, İKT üzv ölkələrini Azərbaycan torpaqlarının işğalına və erməni təcüvüzkarlığına son qoymaq üçün lazım olan və qaçqınlara təhlükəsiz şəraitdə öz evlərinə qaytımalarına imkan verəcək siyasi və iqtisadi addımlar atmağa çağırıb. “Azərbaycanın münaqişənin ədalətli və sülh yolu ilə həllinə yönələn bütün səylərini dəstəkləyərək İKT Ermənistanın işğal olunmuş ərzilərdəki hərəklətlərini qəbul etməyəcək”, – İhsanoğlu bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.