Kürün aşağı axınında suyun səviyyəsi artıb

Dekabrın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm, Salyanda 6 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artıb. Kürün Şirvan məntəqəsində suyun səviyyəsi 1 sm, Bankə məntəqəsində 10 sm azalıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 sm (2011-ci il dekabrın 17-də 581 sm), Şirvanda 267 sm (2011-ci il dekabrın 17-də 475 sm ), Salyanda 286 sm (2011-ci il dekabrın 17-də 433 sm), Bankədə 235 sm (2011-ci il dekabrın 17-də 317 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il dekabrın 17-də 290 sm) təşkil edir.
Dekabrın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO