Kristof Ştrasserin məruzəsi Avropa Şurasının dəyərlərinə xələl gətirir. Trend-in məlumatına görə, bu fikirləri yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının plenar sessiyasında Monitorinq Komitəsinin Azərbaycan üzrə həmmərizəçiləri Pedro Qaramunt və Jozef Debono Qrex tərəfindən hazırlanan “Azərbaycanın öhədliklərinin yerinə yetirilməsi” və Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı məruzələr ətrafında çıxışı zamanı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov deyib. “Məndən əvvəl çıxış edən erməni həmkarıma bunları demək istəyirəm ki, Azərbaycanı tənqid etmək, Azərbaycandaki “siyasi məhbuslar”la bağlı problemləri görmək əvəzinə, Helsinki Vətəndaş Assambleyasının siyahısında yer alan və Dağlıq Qarabağ müharibəsınə getməkdən imtina edən 65-dən artıq gənci azad edin. On iki ildir ki, Avropa Şurasındayam. İlk dəfədir ki, bir mövzudan bəhs edən iki məruzə fərqli formada Assambleyanın müzakirəsinə çıxarılır. Bu vəziyyətdə düşünmək lazımdır. Azərbaycan Avropa Şurasının monitorinqi altındadır. Bu proses çərçivəsində əlimizdən gələni edirik. Assambleyanın Monitorinq Komitəsinin məruzəsi tənqidi olsa da, ona hörmətlə yanaşırıq. Məruzənin bəzi məqamları ilə razı deyiləm, amma Monitorinq Komitəsi ilə əməkdaşlıq etmək, danışmaq lazımdır. Bu, bizim öhdəliyimizdir. Avropa Şurası ölkələrin əleyhinə deyil, onlar üçün yaradılıb”-Seyidov deyib. Bugünkü səsvermənin nəticəsi Azərbaycanın, onun Prezidentinin təntənəsi və qələbəsidir. Bu fikirləri Trend-ə eksklüziv açıqlamasında yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasın plenar sessiyasında Kristof Ştraserin Azərbaycanda siyasi məhbuslarla bağlı
hazırladığı məruzənin Assambleyada qəbul edilməməsinə münasibət bildirərkən Azərbaycanın nümayəndə heyətinin sədri, AŞ PA-nın vitse-prezidenti Səməd Seyidov deyib.
“Bu, Azərbaycanın, onun Prezidentinin təntənəsi və qələbəsidir. Biz dəfələrlə demişik ki, Azərbaycana qarşı yalan irəli sürmək olar, amma bu yalan ayaq tutsa da, yeriyə bilməz. Çünki həqiqət tamam başqa bir şeydir. Bu gün Daqölıq Qarabağ, qaçqınlarımızın və məcburi köçkünlərimizin təntənəsidir. Ona görə ki, bizə qarşı qərəzli mövqeyin qarşını nəinki Azərbaycan olaraq biz aldıq, eləcə də Avropa deputatları, bütün Avropa ölkələri həqiqətin, ədalətin müdafiəsinə qalxdılar. Bu da, nəticədə səsvermənin bu şəkildə keçirilməsinə öz təsirini göstərdi. Mən əminəm ki, bu, yalnız ilkin addımlardır. Azərbaycan hələ öz sözünü Avropada və dünyada yüksək səviyyədə bildirəcək. Ona görə ki, prezidentimizin siyasəti düz, niyyətimiz xoş və ən əsası siyasi iradəmiz var”- Seyidov deyib.
Trend.az