Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. APA-nın ETSN-in satına istinadən verdiyi məlumata görə, avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 5.7 m3/san artaraq 80.2 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
Avqust ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.54-6.0 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO