Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinin şərh edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 10-na təyin edilmiş iclasında baxılacaqdır.