Kiyevdə Holokost və Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyevdə Holokost qurbanlarının beynəlxalq anım günü münasibətilə keçirilən tədbirdə 1992-ci ildə Xocalı soyqırımında həlak olan insanların da xatirəsi anılıb.
Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) bazar ertəsi Trend-ə bildiriblər ki, anım tədbirində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Holokost hadisəsinin böyük faciə olduğunu bildirərək qeyd edib ki, Azərbaycan xalqı da ötən əsr ərzində bir çox soyqırım aktları ilə üz-üzə qalıb. O bildirib ki, Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Tədbirdə çıxış edən UAK sədri Rövşən Tağıyev də öz çıxışında vurğulayıb ki, gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır. Tağıyev çıxışında istənilən irqi, dini, millətlərarası ayrı-seçkiliyin Azərbaycan xalqını da narahat etdiyini və bununla mübarizədə qətiyyətli olduğunu bildirib. O, Holokost, Xocalı kimi faciələrin nə vaxt baş verməsindən asılı olmayaraq, daima yaddaşlarda qalacağını qeyd edib.
Tədbirdə, həmçinin İsrailin Ukraynakı səfiri Reuven Dinel çıxış edərək faşizm əməllərinin gələcəkdə təkrar olmamasının vacibliyini vurğuladı. Soyqırım qurbanları ilə bağlı tədbirdə iştirak edən Rumıniya, Macarıstan, Almaniya, Fransa, Rusiya və ABŞ-ın diplomatik missiyalarının nümayəndələri də fikirlərini bölüşüblər. Tədbirdə bir sıra ictimai təşkilatların nümayəndələri də çıxış ediblər.
Sonra tədbirdə konslagerlərə düşmüş Holokost iştirakçıları öz xatirələrini bölüşüblər.
Tədbir soyqırım qurbanlarına həsr olunmuş musiqilərin ifası ilə yekunlaşıb.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO