Prezidentliyə namizədlərin hər birinə təbliğat-təşviqat kampaniyasını aparmaq üçün 12 min manat vəsait ayrılacaq.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib. Onun sözlərinə görə, vəsait artıq dövlət büdcəsindən ayrılıb və gələn həftə namizədlərin seçki fonduna köçürüləcək. Ancaq iki prezidentliyə namizədə – Qüdrət Həsənquliyev və Hafiz Hacıyevə vəsait ayrılmayacaq. Buna səbəb onların ötən prezident seçkisində 3 faizlik baryeri aşa bilmədiklərinə baxmayaraq, ayrılmış vəsaiti geri qaytarmamalarıdır.