MSK-nın iclası keçirildi
Bu gün Məzahir Pənahovun sədrliyilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Lent.az-ın məlumatına görə, əvvəlcə MSK-nın 26 sentyabr, 2 oktyabr, 4 oktyabr, 8 oktyabr, 13 oktyabr və 19 oktyabr 2008-ci il tarixli iclas protokolları ayrı-ayrılıqda səsə qoyularaq, təsdiq olunub.
Gündəlikdə duran ikinci məsələ bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı olub. Bu barədə məlumat verən MSK sədrinin müavini Svetlana Qasımova və MSK katibi Natiq Məmmədov bildirib ki, 46 və 75 saylı DSK-ların hərəsindən bir nəfər DSK üzvlüyündən azad olunmasını istəyir. Onların DSK üzvlüyündən azad olunması barədə qərar yekdilliklə qəbul olunub.