Kanadada yaşamaq istəyənlərin nəzərinə

Kanada yenidən qapılarını miqrantların üzünə açır.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu il bütün peşə sahibləri Kanada vətəndaşlığını almaq üçün müraciət edə biləcək.

Yeni miqrasiya siyasətinə uyğun olaraq, Ottava 2015-ci ildə 285 min miqrantı qəbul etməyi hazırlaşır. Bu ölkədə ən şox mühəndislik, maliyyə, tibb və marketinq peşələrinə və təcrübəli şəxslərə ehtiyac duyulur.

Məlumata görə, Kanadada 3 il yaşadıqdan sonra bu ölkənin pasportu və vətəndaşlığına sahib olmaq mümkündür. Kanada vətəndaşlığı dünyada ən tez alınan vətəndaşlıqlardan biridir.

Qeyd edək ki, 2014-cü ildə 290 min insan Kanada vətəndaşı olmaq hüququ qazanıb. Bu ölkədə məskunlaşan insan illik orta hesabla 45-50 min dollar edə bilər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO