Kanada Rusiya hərbi qulluqçularını ölkədən çıxarır

Ottava doqquz rus hərbçinin ölkədən çıxarılması barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə “İnterfaks” agentliyi “CTV News” telekanalına istinadən xəbər yayıb.

Onlardan səkkizi Kanadanın ali məktəblərində dil və proqram təminatı kursları keçib, biri isə yerli hərbçilərə rus dilini tədris edirmiş.

Telekanalın hökumət dairələrindəki mənbəyə istinadən verdiyi məlumata görə, doqquz nəfərin hamısına Kanadanın ərazisini tərk etmək üçün 24 saat vaxt verilib. Səbəb kimi Rusiyanın Ukrayna və Krımla bağlı siyasəti göstərilir.

Kanada hakimiyyətinin bu qərarı Baş nazir Stiven Xarperin Rusiya ilə əvvəllər nəzərdə tutulan bütün birgə hərbi əlaqələrin dayandırılmasına dair bəyanatla çıxış etməsindən sonra qəbul edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: office@humanrights-jwg.org

1905.az STUDIO