Fevralın 9-10-da İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində M.Vallströmün fevralın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.