İsa Həbibbəyli: İlham Əliyevin Suriya hadisələri ilə bağlı mövqeyi Azərbaycanın dövlət siyasətində humanizmin əsas yer tutmasının göstəricisidr

İsa Həbibbəyli: İlham Əliyevin Suriya hadisələri ilə bağlı mövqeyi Azərbaycanın dövlət siyasətində humanizmin əsas yer tutmasının göstəricisidrAzərbaycan Prezidenti İlham Əliyevin dünyada baş verən proseslər, konkret olaraq, Suriya hadisələri ilə bağlı ölkəmizin humanitar siyasətini ifadə etməsi Azərbaycanda indiyə qədər aparılan dövlət siyasətinin tam məntiqi davamıdır.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycanın dövlət siyasətində humanizmin, insanpərvərliyin əsas yer tutmasının bariz göstəricisidir.

İ.Həbibbəyli qeyd edib ki, Azərbaycan öz sülhsevər münasibətini, multukultural dəyərlərini dünya ölkələrinə həmişə təqdim edir.

Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində Azərbaycanın 20 ildən də çox müddət ərzində qaçqın-köçkün problemi ilə məşğul olduğunu, bu problemin ağrı-acısını yaşadığını xatırladan AMEA-nın vitse-prezidenti əlavə edib ki, bu baxımdan sülhü və bu cür dəyərləri təşviq etmək Azərbaycanın xarici siyasəti üçün əhəmiyyət daşıyır. Bu, eyni zamanda ölkəmizin strateji məqsədlərinə də uyğun gəlir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransında çıxışı zamanı Suriya qaçqınlarının halına çox acıdığını deyib: “Biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, biz buraya sülhü və bu cür dəyərləri təşviq etmək üçün gəlmişik. Bu baxımdan Azərbaycan öz vacib rolunu oynamağa davam edəcəkdir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO