İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya gələcək. Bunu Trend-ə İranın Bakıdakı səfirliyindən deyiblər.
M.C.Zərif aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.
Səfər çərçivəsində İran XİN rəhbərinin Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.