İran xarici işlər nazirinin müavini və İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanipur Azərbaycana səfər edəcək. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
M.Pakayin bildirib ki, H.Süleymanipur Azərbaycan xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də Bakıda səfərdə olacaq.
Səfir qeyd edib ki, səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacaq: “İki ölkə arasında tələbə və müəllim mübadiləsi və digər məsələlər müzakirə olunacaq. Həmçinin, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması gözlənilir”.
Trend.az