“Biz “Su-24” və “Miraj” qırıcı təyyarələri üçün simulyator istehsal etmişik və tezliklə “MiQ-29″ qırıcısı üçün də simulyator istehsalına başlayacağıq”. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Silahlı Qüvvələrinin Araşdırmalar və Təchizat İdarəsinin rəisi Fərhad Əmiri deyib.
F.Əmiri bildirib ki, İdarə təsis olunduqdan sonra bu sahədə bir çox nailiyyətlər əldə olunub
O, “MiQ-29” təyyarəsi üçün simulyator haqqında əlavə məlumat verməyib.
Qeyd edək ki, bundan öncə İran “Kobra” vertolyotları üçün simulyator istehsal edib.
Trend.az