Qırmızı dənizdə yeddi pirat qayıqları Hindistan neft tankerinə basqın ediblər, lakin İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) 30-cu donanması hücumu dəf edib. Trend Press TV telekanalına istinadən bu barədə İran HDQ-nin baş komandanının müavini, kontr-admiral Siyavuş Jarreh bazar günü bildirib.
Onun sözlərinə görə, İran gəmiləri dəniz quldurlarını geri çəkilməyə məcbur ediblər.
“Hind tankeri sakit bir surətdə öz kursunu davam etdi “, – Jarreh bildirib.
Somali dəniz quldurları Yəmən sahillərində İranın MV Delight yük gəmisini ələ keçirdikdən sonra İran Hərbi Dəniz Qüvvələri 2008-ci ilin noyabrından Adən körfəzində piratlara qarşı keşik çəkirlər.