MDB-nin missiyası ölkənin şimal regionlarının Azərbaycanda keçiriləcək prezident seçkilərinə yaxşı hazırlaşdığını qeyd edir.
“Azərbaycanın şimal regionları prezident seçkilərinə yaxşı hazırlaşıb. Məntəqələr çox yaxşı hazırlaşıb və texniki baxımdan təchiz edilib”, – MDB-nin Azərbaycanda prezident seçkilərində müşahidə missiyasının əməkdaşı Mariya Qutsalo dünən Trend News-a bildirib.
MDB-nin müşahidə missiyası Azərbaycanın şimal regionlarında Xaçmazda, Qubada, Qusarda və Dəvəçidə olub. “Biz regionda yerli icra hakimiyyətlərinin rəhbərləri ilə görüşdük və bir sıra seçki məntəqələrində olduq”, – Qutsalo bildirib.
MDB-nin müşahidə missiyası ötən həftə Hacıqabul, Salyan, Lənkəran və digər şəhərlərə səfər edərək, ölkənin cənubunda olub. Missiya, səfərinin ilkin yekunlarına əsasən, yerli hakimiyyətlərin azad və ədalətli seçkilərə maraq göstərdiyi barədə qənaətə gəlib.