Azərbaycan Prezidenti İlham Əliyev Mali Respublikasının yeni seçilmiş Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq”.
Məktubun sonunda dövlət başçısı İbrahim Bubakar Keytaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib.