Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni təsdiq edib.
Qeyd edək ki, 2015-ci il sentyabrın 15-də Bakıda Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.