“İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu “nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olundu

"İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu"nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olundu
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası qanununun icrasının vəziyyətinin öyrənilməsi layihəsinin icrası başa çatmışdır.
Layihə çərçivəsində 40-a yaxın qurum olmaqla nazirliklər, dövlət komitələri, yerli icra hakimiyyətləri tərəfindən “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun icrası vəziyyəti və rəsmi internet resurslarını araşdırıldı. İnternet resurlarında İctimai Şuraların yaradılıb yaradılmadığı, əgər yaradılıbsa “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun tələblərinə nə qədər riayət olunduğu tədqiq olundu.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığına, açıq hökumət prinsiplərinin təşviqinə mühüm töhvə olduğu və İctimai Şuraların yaradılmadığı dövlət qurumlarının işə daha da məsuliyyətlə yanaşmalarında həmçinin gələcəkdəki fəaliyyətlərində də şəffaflığın təmin olunmasında bu mühüm rol oynayacaqdır.
Mətbuat Xidməti
04.08.2017

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO