Təşkilatın nümayəndələri bildiriblər ki, həlak olanlar haqqında məlumatlar kütləvi aksiyaların daha geniş vüsət aldığı Qahirə, Süveyş və İsgəndəriyyədəki yeddi xəstəxanadan götürülüb. Misir Səhiyyə Nazirliyi isə indiyə kimi aksiyalarda həlak olanlar və yaralananların sayı ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.