Hulusi Kılıç “Eurovision” müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyindən verilən məlumata görə, təbrikdə deyilir: “14 may 2011-i il tarixində Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” Mahnı Müsabiqəsində birinci olan “El və Nikki” qrupu ilə qardaş Azərbaycanı böyük sevinc hissi ilə səmimi qəlbdən təbrik edirəm. Öncəliklə qrupun üzvlərini və bu müvəffəqiyyətdə əməyi olan bütün səlahiyyətli şəxsləri də könüldən təbrik edirəm.

Bu müvəffəqiyyət, tək Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur və sevinc yaşadıb. Səsvermə nəticələrinin açıqlanmasından sonra, qrup üzvlərinin tamaşaçıları Türkiyə və Azərbaycan bayraqları ilə salamlaması “Bir Millət, İki Dövlət” və “Sevincimiz ilə kədərimizin ortaq olduğu” ifadələrinin doğruluğunu və önəmini dünya ictimaiyyətinə bir daha göstərdi.

Bu yarışmanı Azərbaycanın qazanması, ölkənin müstəqillik əldə etdikdən sonra, bir çox sahədə dünyaya inteqrasiyası istiqamətində irəlilədiyi yolda, beynəlxalq aləmdə əldə etdiyi müvəffəqiyyətlərə bir yenisini əlavə edib.

Bu səbəbdən, önümüzdəki ildə Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin Azərbaycanımızı dünya ictimaiyyətinə tanıtmaq baxımından çox önəmli bir vəsilə olacağına inanır və bundan çox şadam. Millətimizin bu cür qürur hissini tez-tez yaşaması diləyi ilə Azərbaycan xalqını layıq olduğu müvəffəqiyyət münasibətilə təbrik edir və qrup üzvlərinin müvəffəqiyyətlərinin davam etməsini arzu edirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO