Hüquq müdafiəçiləri seçki günündə əyalətlərdə monitorinq aparacaqlar. Bu barədə Lent.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. Onun sözlərinə görə, 2003-cü il prezident və 2005-ci il parlament seçkiləri ilə müqayisədə bu il hüquq müdafiəçilərinin işi azalmayıb: “Bu il bizi əsasən, əyalətlər maraqlandırır. Mən Novella Cəfəroğlu ilə birlikdə oktyabrın 15-də ölkənin ya cənub, ya da şimal bölgəsində bir neçə bir-birinə yaxın rayonda monitorinq aparacağıq”.