Hündürmərtəbəli binalara təbii qazın verilməməsi məsələsinə aydınlıq gətirilib.

Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalara təbii qazın verilməməsi məsələsinə aydınlıq gətirib.

“Elə şirkətlər var ki, evləri tikiblər, amma təhvil verməyiblər, buna görə də orada heç bir kommunal infrastruktur yoxdur. Biz problemin həlli üçün Nazirlər Kabinetinə müraciət etmişik”, – Trend-in məlumatına görə, bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
“Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvil alma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya – bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma hər şeydə, o cümlədən bu məsələlərdə də qayda-qanun olmalıdır”, – Heydərov bildirib.

Qeyd edək ki, Bakıda tikilən yeni hündürmərtəbəli binaların çoxuna təbii qaz verilməyib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO