Həmsədrlər prezidentlərin görüşündən razılıq əldə olunacağını gözləyirlər

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında planlaşdırılan görüşündən baza prinsipləri üzrə razılığın əldə olunacağını gözləyirlər. Bu barədə CNNtürkün məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib. Brayza vasitəçilərin 2009–cu ilin sonunadək yekun razılığın əldə olunacağına ümid etdiklərini bildirib.

Amerikalı həmsədr üzərində işlədikləri sənəd razılaşdırıldıqdan sonra Qarabağ icmasının taleyini müəyyən etməsi üçün referendum keçirilməsini istisna etməyib. “Danışıqlar zamanı böyük irəliləyişlər əldə etmişik və bu mənə ümid verir”, – deyə M. Brayza bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri iyul ayında Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü keçirməyi planlaşdırırlar.

ANS PRESS

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO